Olay
Olay

“Necə durdura bilərdim zamanı, amansız xəstəliyi?”

“Necə durdura bilərdim zamanı, amansız xəstəliyi?”

“Balaşım, bilirsən özümü necə pis hiss edirəm? Heç sən dünyanı dəyişəndə bugünkü kimi özümü pis hiss etməmişdim. Elə bil dünya dağılıb, altında qalmışam. Bu bir ildə elə bilirdim yanımdasa, nəsə bu gün təməlli getdin elə bil...”.

OLAY yazır ki, bu sözləri müğənni Xatun Əliyeva ötən il itirdiyi qardaşı, stilist Balaş haqda yazıb.

O, qardaşının fotolarını paylaşaraq hələ də yaxşı əhvalda olmadığını bildirib:

“Əlimdən nə gəlir ki? Necə durdura bilərdim zamanı, amansız xəstəliyi?

Deməli, Allah belə məsləhət bilib, insan oğlu heç nə və heç kim imiş. Sadəcə biz səndən, sən də balalarından doymadın axı.

Hamı deyir, özünü ələ al, toparlan, amma sənsizlik necə olacaq? Məni kim əzizləyəcək, kimin mənə canı yanacaq? Mənə görə kim dünyanı dağıdacaq? Sən mənim dünyam, dayağım, sirdaşım, atam, anam, dostum, göz bəbəyim idin.

Allah sənə qəni-qəni rəhmət etsin. Yerin cənnət olsun, ruhun şad olsun, mənim mərhəmətli şah qardaşım”.

Qeyd edək ki, Balaş xərçəng xəstəliyi ilə mübarizə aparırdı.