Müğənni Manaf Ağayev polis bölməsində üzr videosunun çəkilməməsi üçün xahiş edib.
OLAY yazır ki, DİN rəsmisi Elşad Hacıyev bu barədə Baku TV-də yayımlanan “Üzbəüz” verilişində danışıb.
O bildirib ki, əlavə görüntülərinin çəkilməməsini M. Ağayev xahiş edib:
“Manaf Ağayev bildirdi ki, bu əməlindən peşmandır. Bunu məhkəmədə də söylədi. Video görüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, səhvini artıq bütün cəmiyyət görüb. Xahiş etdi ki,əlavə görüntüləri çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zərurət yoxdur. Biz də Azərbaycan Respublikasının vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Bu məcburiyyət nə bizə lazımdır, nə cəmiyyətə. Bilirik ki, bununla bağlı bir qınanma ola bilər”.
Qeyd edək ki, M. Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyi üçün 15 günlük həbs olunub.