Avroviziya qalibimiz Nigar Camal Xəzər TV-də “Şourum” verilişinə müsahibə verib.
OLAY yazır ki, müğənni “Gəl, qucaqla məni” klipindəki geyimi ilə bağlı sualı cavablandırıb. Nigar bildirib ki, yazılan rəylərə fikir vermir:
“Hansı libası geyinirsən geyin – istər açıq olsun, istərsə də bağlı. İnsanlar yenə də bir şey tapıb mız qoyurlar. Ona görə də belə şeylərə fikir vermirəm. Həyatımı istədiyim kimi yaşayıram. Mənə maraqlı deyil kim nə yazıb.
Bir xəbər oxudum. Neslihan Atagül həyat yoldaşı ilə qucaqlaşıb öpüşdüyü şəkilləri paylaşıb. Mənə maraqlı oldu ki, girim baxım görüm bizimkilər ora nə yazıb. “Nə olsun, əridir də!” yazmışdılar. Ancaq bizim məşhurlardan kimsə bunu etsə, yazacaqdılar ki, vay, biabırçılıq! Amma biz onlarla eyni millətik, bizimkilər edəndə pisdir, başqa millətdən olanlar edəndə “Nə gözəldir!” deyirlər”.
N.Camal İnstaqramda övladları ilə bağlı paylaşım az paylaşım etməsinə də aydınlıq gətirib:
“Çalışıram ki, qızlarımı çox paylaşmayım. Onlar uşaq olanda rəyləri oxuyurdum, şirin gəlirdi. Ancaq uşaq böyüdükcə başlayırsan görməyə ki, hansısa bir gicbəsər gic-gic rəy yazıb, ona görə də istəmirəm”.
Qeyd edək ki, sənətçinin Jasmin və Səidə adlı iki qız övladı var.