Aktyor Murad İsmayıl ikinci oğlu Rasul ilə fotosunu paylaşıb.
OLAY yazır ki, sənətçi övladının 40 günlük olduğunu qeyd edib.
“Çox şükür yaxşıdır. Vaxtından tez gəlsə də, güclü və yaman oğlandır. Allah olmayanlara qismət eləsin”,-deyə Murad bildirib.
Qeyd edək ki, M. İsmayıl həmkarı Ülviyyə Xəlilbəyli ilə evlidir. Onların Fuad adlı bir oğlu da var.