Olay
Olay

Ülviyyəylə blogerin çöpçü davası – “Cahil...”

Ülviyyəylə blogerin çöpçü davası – “Cahil...”

Tanınmış aktrisa Ülviyyə Xəlilbəylinin oğlu Fuadla bağlı paylaşımı qalmaqala səbəb olub.

OLAY yazır ki, sənətçinin “oğlumu çöpçüyə apardım” deməsi müzakirə yaradıb.

“Üç gündür Fuadın qızdırması düşmür. İki ayrı çöpçüyə apardıq, iksi də çöp çıxardı. Amma yenə də qızdırması düşmədi. Pediatrı dedi ki, stomatit (red. - ağız iltihabı) olub”, - deyə, Ülviyyə bildirib.

Onun bu paylaşımına isə Frankfruntda yaşayan azərbaycanlı bloger Rahidə Videcnik sosial media hesabında reaksiya verib:

“Yenə bol-bol mesaj almışam. Nə imiş? Daha bir məşhur çöpçüyə uşaq aparıb. Dözə bilməyib paylaşıram. Sonra pis adam oluram. Bəs, özünü reklam edir... 2 yox, 2 çöpçüyə də aparsaydı, çıxarıb verəcəkdilər. Görəsən, niyə? Kim bilir? Cahil inancları – həyatımın, günümün bir hissəsidir, “paylaşdım” deyərək əslində, 700-800 min insanın beyninə “çöpçü”nü salırsız. Yatmışları da oyadırsız. Filankəs uşağını çöpçüyə aparırsa, deməli, nəsə bilir aparır deyib nə qədər insan çöpçüyə gedir belə paylaşımlardan sonra. Nə var ki, burada, hə? Heç nə. Hələ nə qədər faciə olduğunun fərqində deyilik. Cəhalət bir millətin sonudur”.

Aktrisa isə onun “story”lərini cavabsız qoymayıb, blogerin özünə “hype” yığdığını iddia edib:

“Eşitdim, bir bloger mənə söz atıb. Guya, mən özümü çöp söhbətilə reklam edirəm. Mənim reklama ehtiyacım yoxdur, səni isə tanımıram. Mənə söz atmağınla əslində sənin reklama ehtiyacın olduğunu sübut etmiş oldun.

Çöp deyilən bir şey var, sadəcə xaricdə dərinliyi bilən lor həkimləri bunu edir. Bizdə isə rast gəlməmişəm. Qaldı ki, iki çöpçüyə aparmağıma səbəb bilərəkdən birinin təmiz çıxarmamağıdır ki, pul qazansın. Ən böyük cahil əslində özünü hər kəsdən ağıllı zənn edəndir. Beləsi ilə mübahisə etmək vaxtına israf deməkdir. Al sənə reklam, doya-doya istifadə et”.

Qeyd edək ki, Ü.Xəlilbəyli aktyor Murad İsmayılla evlidir. Onların Fuad adlı bir oğlu var, yaxın aylarda isə ikinci övladları dünyaya gələcək. Bloger Rahidə Videcnikin isə bir qız övladı var.