Aparıcı Zümrüd Bədəlova həyat yoldaşı ilə boşandma ərəfəsində qızı Ləmanın ona dəstək olduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Bu ana kimi” verilişində məlumat verib. Qızı ilə birgə proqrama qonaq olan Zümrüd onunla bərabər böyüdüyünü deyib:
“Mənim gülüşümü, göz yaşımı da görüb. Məni sakitləşdirdiyi vaxtlar olub. Deyib, ana, ağlama, yaxşı olacaq. Onun o sözü mənə bəs edib. Hər ailədə problemlər olur. Mənim qızım o problemlərin mərkəzində olub. Hətta mənə boşanmaq üçün stimul yaradan qızım olub. Altı yaşı var idi. O münaqişələrdən sonra dedi ki, mənə görə dözməli deyilsən. Öz əli ilə çantamı yığdı”.