Olay
Olay

Rəsul iki uşaq atası imiş

Rəsul iki uşaq atası imiş

Müğənni Rəsul Əfəndiyevin iki övladı olduğu açıqlanıb.

OLAY yazır ki, bu barədə müğənni Ramal İsrafilov “Özəl” proqramında qonaq olarkən deyib.

İsrafilov həmkarı barədə fikirlərini söyləyərkən onun ata olduğunu vurğulayıb.

Ramal daim KİV və TV-dən uzaq gəzən, şəxsi həyatı barədə danışmayan ifaçı ilə uzun illər tanıdığını söyləyib:

“Rəsul Əfəndiyevlə bir məktəbdə oxumuşam. Solo fəaliyyətə başlayanda mənə dedi ki, hamıya mahnı yazırsan, mənə yox! İki övladı var, əziyyət çəkirdi”.