WOW
WOW

Təmsilçi seçilən “Mamagama”nın tarixçəsi, üzvləri... - Detallar

Təmsilçi seçilən “Mamagama”nın tarixçəsi, üzvləri... - Detallar

Builki Avroviziya təmsilçimiz “Mamagama” qrupunun üzvləri bir neçə dəfə dəyişdirilib. 

OLAY yazır ki, qrup ilk vaxtlar iki nəfərdən -  Safael (Asəf Mişiyev) və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. 

Onlar  Albaniyada 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək,“Best new international artist” kateqoriya üzrə qalib olduqdan sonra Avroviziya-2023 üçün müraciət ediblər. Seçim mərhələsində qrupun tərkibi dəyişib. Belə ki, Roma “Mamagama”dan ayrılıb. 

Onun yerinə daha əvvəldən Safaellə eyni qrupda fəaliyyət göstərən və dostluqları olan Allahverdiylə Bəhruz daxil olub.

Təmsilçi seçildikləri ildə isə Safaelin komanda yoldaşları kimi gitaraçı Hass və zərb alətlərinin ifaçısı Arif təyin edilib.  Asəfin 12xal-da təmsilçi olması ilə bağlı açıqlaması yer alıb:

 “Bu qədər böyük bir səhnədə, Azərbaycanın mədəniyyətini təmsil etmək mənim üçün böyük bir şərəfdir. Doğulduğum torpağa dərin sevgi bəsləyirəm. Bu müsabiqə onun gözəlliyini və ruhunu bütün Avropa ilə paylaşmağım üçün bir fürsətdir . Yaxın zamanda açıqlanacaq mahnımız ölkəmizin ruhunu tam əks etdirir. Biz inanılmaz dərəcədə həyəcanlıyıq. İnanıram ki, çıxışımız yaddaqalan bir təəssürat yaradacaq”.