Azərbaycanın Avroviziya-2025 təmsilçisi müəyyənləşib.
OLAY yazır ki, bu barədə İTV məlumat yayıb. Bildirilib ki, ölkəmizi Bazel şəhərində keçirilməsi planlaşdırılan layihədə “Mamagama” qrupu təmsil edəcək.
Qrupun solisti Safael və digər üzvləri müsabiqədə çıxış edəcəklər.
Qeyd edək ki, “Mamagama” 2023-cü ildə də təmsilçi olmaq üçün namizəd olmuşdu. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar Albaniyada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək,“Best new international artist” kateqoriya üzrə qalib olub. “Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.
Onu da xatırladaq ki, builki Avroviziya üçün İTV-nin Natavan Həbibi, Mehin Hümbətova və Murad Arif arasında seçim edəcəyi ehtimal olunurdu.