ARB TV-də yayımlanan “Elgizlə izlə” proqramında Əməkdar artist Kübra Əliyeva və vəkil Şəfiqə Nağıyeva arasında mübahisə yaranıb.
OLAY yazır ki, buna aktrisanın problemi ilə bağlı verilişə müraciət edən bir vətəndaşa “Lazım gəlsə, qəbiri açıb atalıq haqqını sübut edə bilərsiniz” məsləhətini verməsi səbəb olub.
Bu zaman Ş. Nağıyeva qəzəblənib. Sənətçinin vəkilin işinə müdaxilə etdiyini söyləyib.
“Vəkil qalıb burada, siz məsləhət verirsiniz. Mənim işimə qarışırsınız. Sənətkar sənətdən, vəkil də öz işindən danışmalıdır. Bundan sonra hamıya vəkil kimi məsləhət verərsiniz”, - deyə, Nağıyeva bildirib.
K. Əliyeva isə vətəndaşa öz məsləhətini çatdırdığını deyib:
“Siz vəkil olsanız da, mən də az bilmirəm. Mən danışanda sözümü kəsirsiniz. İmkan vermirsiniz sözümü bitirim. Mən hər şeydən danışa bilərəm. Onu da bacarıram, bunu da. Pis fikir söyləmirəm ki. Mən vəkili yönləndirirəm. O xanım aktrisa olmağa gəlməyib, teatrda da işləmir. Beş uşağı var, mən də məsləhət verirəm”.