“Elgizlə izlə” verilişində Əməkdar artist Nahidə Orucova ilə vəkil Şəfiqə Nağıyeva arasında qalmaqal yaşanıb. Buna səbəb aktrisanın Nağıyevanın ünvanına “Mən bilirəm ki, məni sevmir”,- sözləri olub.
OLAY yazır ki, sənətçi vəkilin ona qarşı xoş münasibətinin olmadığını vurğulayaraq məsələni müzakirəyə çıxarıb:
“Biz dəfələrlə verilişlərdə görüşmüşük, ekspert olmuşuq. O zaman da hörmətsizlik etməmişəm. Həmişə "gözüm üstə yeriniz var" demişəm. Lakin biz aktyoruq, insanların necə hiss etdiklərini anlayırıq. Şəfiqə xanımın məndən xoşunun gəlmədiyini düşünürəm. Bilmirəm, o mənim sifətimdə nə görüb ki, sevmir?”
Ş. Nağıyeva isə Orucovaya “Nahidə xanım, zorla qəlbimə girə bilərsiniz?! Mən sizi sevmirəm. Səbəbini demirəm”, -deyə cavab verib.
Bu zaman aparıcı Elgiz Əkbər “Şəfiqə xanımın aktyor Rəhman Rəhmanov üçün ürəyi gedir” deyərək məsələyə münasibət bildirib.
Aktrisanın “O kişidir də, ona görə sevir”, sözləri vəkili qəzəbləndiirb:
“Siz çox pis nazik simə vurdunuz. Siz kişiləri sevərsiz, mən yox. Ona görə də sizi sevmirəm. Danışıq tərzini bilmək lazımdır. Danışmazdan əvvəl düşünmək gərəkdir. Rəhman müəllim mənim qardaşım kimidir. Belə demək lazım deyil. Mən Elgizi də çox istəyirəm. Bu o demək deyil ki, kişidir deyə sevirəm”.
N. Orucova isə onun hər zaman sözü ağzından çıxarıb danışdığını, hörmət edilən insan olduğunu deyib.