Tanınmış prodüser, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev müğənni Manaf Ağayevin azadlığını istəyən Təranə Qumralın açıqlamasına münasibət bildirib.
OLAY yazır ki, o, sosial şəbəkələrdə mövzu ilə bağlı şərh yazıb.
O. Əliyev “Bəlkə, Manafın toyu var, onu buraxın” deyən Təranəyə sarkazmla cavab verib:
“Toyun biri sünnət toyudur. Səbəbkar ətək filan alıblar. Neçə gündür ülgüc dəlləyin əlində qalıb, kəndin “vuranlarının” boğazları quruyub, “bordanmış” dana avara qalıb. Bu qədər hüquq pozuntusuna Avropa məhkəməsi hələ də göz yumur”.