“SOY” prodakşının ARB-də yayımlanan layihələrinin dayandırılacağı barədə məlumat yayılıb.
OLAY yazır ki, iddiaya görə, buna səbəb sözügedən kanala Xoşqədəm Hidayətqızının vəzifəyə gətirilməsidir. Həmin proqramların qonşu kanallara tranfser olunacağı da gəzən söz-söhbətlərdəndir.
“SOY” prodakşının rəhbəri Oqtay Əliyev mövzu barədə OLAY-a danışmaq istəməyib. Prodakşın rəhbəri bu barədə məlumatının olmadığını qeyd edib.
Həmçinin o, “Söhbət var” və “Hüseynova bacıları” proqramın bağlanmasına da şərh verməyib.