Əməkdar artist Mətanət İsgəndərli də həmkarı Manaf Ağayev haqda paylaşım edib.
OLAY yazır ki, Ağayevin fotosunu paylaşan sənətçi ona dəstək olub. İsgəndərli bildirib ki, onun həbsinə görə, çox pis olub:
“O qədər gözəl, mərd insandır ki, hər zaman yıxılanın yanında olub. Mən də özümə borc bildim ki, ona dəstək olum. Allaha şükür ölüm-itim yoxdur. Allah canını sağ eləsin. İnsanın başına iş gələ bilər. Manaf qardaşımınızın indiyə qədər pis hərəkətini görməmişik. Kasıblıqla, qaçqınlıqla bu yerlərə gəlib. Hər zaman elinə-obasına canı yanıb. Xeyriyyəçilik edib. Qanunlarımıza, dövlətimizə hörmət edən insan olub. Düzdür, qanun hamı üçün qanundur. Heç kimin ixtiyarı yoxdur ki, qanunu pozsun. İnşallah anlaşılmazlıq həll olunar. Allah qapısını açsın”.