Olay
Olay

Miri Yusifin prodüserindən şantaj xəbəri ilə bağlı açıqlama

Miri Yusifin prodüserindən şantaj xəbəri ilə bağlı açıqlama

Xalq artisti Miri Yusifin prodüseri Emin Əfəndi şantaj olunması ilə bağlı xəbərə aydınlıq gətirib. 

Bu barədə o, OLAY-a məlumat verib. Emin bildirib ki, qeyd olunduğu kimi sözügedən şəxsə ödəniş olunmayıb:

“Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq. Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Mənim və Miri Yusifin adından istifadə edərək yayılan hər hansı bir məlumatın doğruluğuna yalnız bizim tərəfimizdən təsdiq edildiyi halda dərc olunmasını xahiş edirəm. Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm”.