Türkiyənin məşhur müğənnisi Orhan Gencebayın səhnə geyimləri ilə bağlı açıqlaması gündəmi zəbt edib.
OLAY yazır ki, sənətçinin sözlərinin pop ulduz Gülşenə eyham vurulduğu qeyd edilib. Estrada ifaçısı səhnədə “Namuslu görünmək kimlərə qalıb” deyərək müzakirələrə nöqtə qoyub.
Mövzu barədə O. Gencebay “Söylemezsem Olmaz” proqramına telefonla bağlanaraq geri addım atıb:
“Həyatımda heç kimin haqqında pis söz deməmişəm, qeybət etməmişəm. Ölkəmizdə hər kəs azaddır. “Gülşən xanım səhv etdi” deməmişəm, demərəm də. Səhv başa düşüldümsə, üzr istəyirəm. Gülşən qızım kimidir”.