Türkiyə şou-biznesindəki səhnə geyimləri qalmaqalına Orhan Gencebay da qatılıb.
OLAY yazır ki, o, açıqlama verərək səhnədə açıq-saçıq geyinən xanım müğənniləri tənqid edib.
“Biz çimərlik geyimi ilə səhnəyə çıxmırıq. Biraz gündəlik paltarlar geyinə bilirik. Bunların hamısını düşünmək lazımdır. Bu həm də ədəblə, ağılla əlaqəlidir”, - deyə Gencebay bildirib.
Qeyd edək ki, əvvəlcə İzzet Yıldızhan Gülşen, Hande Yener kimi həmkarlarının geyimlərini tənqid edib. Daha sonra Işın Karaca da bu qalmaqala qoşulub.