“Öz həyatınızı yaşayın, başqasının həyatında axtardığınız eyiblər öz içinizdə boğa bilmədiyiniz, öhdəsindən gələ bilmədiyiniz eyiblərdir”.
OLAY yazır ki, bu sözləri son günlər şəxsi həyatı ilə gündəmdən düşməyən Xalq artisti Naibə Allahverdiyeva sosial media hesabında yazıb.
Sənətçi ona yazılan şərhlərə cavab verib: “Öz uğursuzluqlarınızı başqalarına qusmayın. Mən insanlarda gözəllik axtarıram - ən pisində belə. Buna görə Allaha minnətdaram. Qəlbinizdən nifrəti silin, onda qəlbiniz sevgi, mərhəmət, qayğı ilə dolacaq”.
Qeyd edək ki, aktrisa ikinci həyat yoldaşı ilə ayrılmış, ötən günlərdə isə yenidən barışmışdı.