Dünyaca məşhur pop ulduz Tarkanın dünən təqdim etdiyi “Geççek” adlı mahnısı sosial şəbəkələrdə müzakirə yaradıb.
OLAY yazır ki, günlərdir gözlənilən bəstə ətrafında qalmaqal yaranıb, mahnının sözləri və klip uğursuz kimi qiymətləndirilib. Tarkanın son layihəsini təkcə dinləyicilər yox, populyar simalar da bəyənməyib.
Pop ulduz Demet Akalın meqastarın mahnısına tənqidi fikir bildirib.
“Biri üstümüzə “İnci tanem”i atsın. “Oh, oh zil takıp” nədir”, - deyə Akalın yazıb. Bundan başqa reper Ezhel də “Geççek”lə bağlı paylaşım edib. O, bu mahnını paylaşaraq ələ salıb.
Tarkanın fanatları bütün iradlara baxmayaraq onu dəstəkləyiblər. Bir çoxu “Tarkanıma toxunma” heşteqi ilə paylaşım edib.
Eyni zamanda, “Geççek” adlı mahnı barədə Türkiyə siyasət dünyasının tanınmış simaları da şərh verib. Onlar mahnını marş kimi qiymətləndirərək hər şeyin keçəcəyini qeyd ediblər.
İYİ partiyasının lideri Meral Akşener klipi "çoxsu getdi, azı qaldı" şərhi ilə tvitter hesabında paylaşıb. CHP-nin sözcüsü Faiq Öztrak da həmin klipi paylaşaraq "Hər şeyin sonu var, bu da bitəcək",- rəyini verib.