Xalq artisti Naibə Allahverdiyeva həmkarı tərəfindən çılpaq rəsmləri ilə şantaj olunduğunu açıqlayıb.
OLAY yazır ki, o, bu barədə "Onun sirri" proqramında danışıb və həmin aktrisanın rəhmətə getdiyini söyləyib. Lakin Allahverdiyeva sözügedən şəxsin kimliyini bildirməyib:
“Allah hər şeyi görür. Günahım varsa, mənim də cəzamı verir. Səhvsiz insan deyiləm ki, Mən də səhv etmişəm, amma bilməyərəkdən... Məni şantaj edən aktrisa dünyasını dəyişib. İstəmirəm ki, adını çəkim. Çünki sevilən aktrisa, Xalq artisti olub”.