Avroviziya 2011 qalibimiz Nigar Camal builki təmsilçimiz Nadir Rüstəmli barədə fikirlərini bölüşüb.
OLAY yazır ki, sənətçi onun yarışmaya uyğun olduğunu bildirib:
“Hələ “Səs”də qalib olmadan öncə demişdim ki, onun görüntüsü Avroviziya üçündür. 2022-ci ildə bu oğlan gedəcək. Qəşənq mahnı seçsələr və ona oxşar yarışmaçı olmasa, yaxşı yer tuta bilərik”.
Qeyd edək ki, N.Rüstəmlinin ölkəmizi bu il Avroviziyada təmsil etməsi xəbəri İTV-nin canlı yayımında açıqlanıb.