Olay
Olay

Avroviziya təmsilçimiz Nadir Rüstəmli kimdir?

Avroviziya təmsilçimiz Nadir Rüstəmli kimdir?

Bu il Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Səs Azərbaycan” layihəsinin qalibi Nadir Rüstəmlinin təmsil edəcəyi deyilib.

Bəs, Nadir Rüstəmli kimdir?

OLAY builki təmsilçimiz barədə məlumatları təqdim edir:

N.Rüstəmli 8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olub. 2005-2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olub. O uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlayıb.

Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın birincisi seçilib. 2019-cu ildə “Youthvision” Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olub. 2021-2022-ci il “Səs Azərbaycan” yarışmasında iştirak edib və orada da birincilik əldə edib.

Qeyd edək ki, Nadir Rüstəmli Eldar Qasımovun komandasında iştirak edərək qalib seçilib.