Müğənni Sevinc Səfərovanın artıq çəkiləri sosial şəbəkələrdə müzakirə olunub. Onun bacısı Sevil Səfərova ilə paylaşdığı fotoda kökəlməsi diqqətdən qaçmayıb.
OLAY yazır ki, Sevinc özü bu müzakirələrə reaksiya verib. O, bacısı ilə ortaq səhifələrində paylaşım edərək bunları söyləyib:
“Son paylaşdığım və hər kəsin müzakirə obyektinə çevirdiyi fotomun başqa rakursdan çəkilən formasıdır. Şəxsi həyatımla bağlı bir çox paylaşım edənlərə demək istəyirəm,bu heç xoş deyil. Mənim artıq kilo almağım və ya onun səbəbi sizin maraqlandırmamalıdır. Sizə qalıb mən niyə kökəlmişəm? Mənim yaşadıqlarımdən zərrə qədər xəbəriniz yoxdur. Sizə kim bu ixtiyarı verib ki, ağlınıza yox, ağzınıza gələni, təxəyyülünüzü çap edirsiniz? Bəsdir, insanların həyatları ilə oynamayın. Müğənni də insandır. Onun da şəxsisi, ailəsi var. Düşüncəniz olsun, qəlb qırmayın”.