“Food” bloger Nərgiz Mirbabayeva həyat yoldaşı Xalq artisti Miri Yusiflə bağlı paylaşım edib.
OLAY yazır ki, bununla bağlı sənətçinin xanımı instaqram səhifəsində video yayımlayıb.
Sözügedən görüntülərdə sükan arxasında əyləşən ərinə səslənən Nərgiz “Sənin genlərin elədir ki, artıq mən də biraz sənə oxşamağa başlamışam. Buna isə mən heç təəccüblənmirəm. Çünki bizim evdə hamı Miri Yusifə oxşayır” sözlərinin dəməsi yer alıb.
Onun bu sözlərini isə müğənni “Hə, vallah” deyə təsdiqləyib.
Qeyd edək ki, Nərgiz və Miri Yusif cütlüyünün 3 övladı var. Müğənni pandemiya ərəfəsində ailəsi ilə birlikdə Türkiyəyə köçüb və İzmirdə yaşayır.