Olay
Olay

Pərvin də restoran açır

Pərvin də restoran açır

Müğənni Pərvin Lətifov da bizneslə məşğul olan məşhurlar sırasına qoşulub.

OLAY-ın məlumatına görə, ifaçı restoran açmaq qərarına gəlib. Onun yeni məkanı yaxın günlərdə açılacaq.

Restoranda əsasən canlı musiqilər, klassik əsərlər, retro mahnılar səsləndiriləcək.

Qeyd edək ki, Rüfət Axundov, Ceyhun Zeynalov, Niyam Salami də restoran işlədən sənətçilər sırasındadır.