Olay
Olay

Maruv hamilədir

Maruv hamilədir

Bu gün ukraynalı müğənni Maruv 31 yaşını qeyd edir.

OLAY yazır ki, sənətçi bununla bağlı izləyicilərinə şad xəbər vermək qərarına gəlib. O, paylaşım edərək hamilə olduğunu, əri Aleksandr Korsundan ilk övladını gözlədiyini deyib.

Aleksandr təkcə Maruv əri yox, həm də rejissorudur. Onlar uzun müddətdir sevgili olublar və 2012-ci ildə ailə həyatı qurublar.

Müsahibələrin birində sənətçi toyunun təmtəraqlı, möhtəşəm şənlik olmadan keçdiyini, hətta gəlinlik paltarı geyinmədən nikah bağladığını bildirib.