Olay
Olay

“Bütün sonrakı həyatlarda onu sevəcəm”

“Bütün sonrakı həyatlarda onu sevəcəm”

Evləndikdən sonra İzmirə köçən aparıcı Nurlana Cəfərova Sevgililər günü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, həyat yoldaşı ilə fotosunu bölüşərək “Bütün sonrakı həyatlarda da onu sevəcəm” şərhini yazıb.

Qeyd edək ki, Nurlana şəkildə həyat yoldaşının üzünü gizlədib. O, bundan öncəki paylaşımlarında “Həyat yoldaşım nə şəkil çəkdirməyi sevər, nə də mənim paylaşımlarımı. Lakin, kainata, bəşəriyyətə təşəkkür borcum var deyə, ara sıra hisslərimə hakim çıxa bilmirəm. Bütün sevənlərə möhkəm bağlara sahib olmağı diləyirəm. Eşq odunda yanan, eşq ilə yaşayar” sözlərini yazmışdı.

Onu da bildirək ki, cütlüyün bir övladı var.