“Eurovision 2011” qalibimiz Nigar Camal Sevgililər günündə fanatlarına hədiyyə edib.
OLAY yazır ki, sənətçi “Gəl, qucaqla məni” adlı klipini rəsmi “Youtube” kanalında paylaşıb.
Sözləri Leyli və İsmayıl Əsədova, musiqisi İsmayıl Əsədova aid mahnını Eko Ağalarov ekranlaşdırıb.
“Bu gün bütün dünyada Sevgililər günü kimi qeyd edilir. Düşünürəm ki, sevgini ən gözəl ifadə etməyin yollarından biri də qucaqlaşmaqdır. Qucaqlaşarkən beyin endorfin istehsal edir. Qucaqlayıb gözlərimizi yumuruq, sanki dünyanın xoşbəxti bizik. Mən hər kəsə sevdiyini və ona layiq olan insanı tapmağı arzu edirəm. Bayramınız mübarək! Sevin, sevilin! Bu mahnı da məndən sizə bayram hədiyyəsi olsun. Bir-birinizi tez-tez qucaqlayın! İnsanın ömrü uzanır. Mən demirəm, alimlər belə deyir!”, - deyə, N.Camal yeni layihəsi haqda söyləyib.
Qeyd edək ki, çəkilişləri üç gün, dörd ayrı məkanda reallaşan ekran işi üçün Nigar 5 saatadək vannada qalıb. Müğənni klipdə 4 libas dəyişib.