Tanınmış aparıcı Kazım Sübhan gənc ifaçılara irad bildirib.
OLAY yazır ki, o, bununla bağlı instaqramda paylaşım edib. Kazım əvvəlki illərdən arxiv videosu paylaşaraq fikirlərini yazıb:
“Yəqin ki, çoxunuz 90-cı illərdə Mahnı teatrında keçirilən ənənəvi Yeni il və Novruz bayramı proqramlarını xatırlayırsınız. Deyirəm ki, o vaxt böyük sənətkarlar səhnədə kim olmasından aslı olmayaraq, gənci, qocamanı, hər kəsi alqışlayırdılar. Amma indiki gənclər nəinki alqışlayır, heç böyük sənətkarlara salam vermirlər. O zamanlar verilişlərə qatılan sənətçilər rejissora, aparıcıya hörmət edirdilər. İndi hansı müğənniyə demək olar ki, gənc oxuyanda alqışla onu? Biz nə zaman dəyişdik? Azərbaycan musiqisi nə zaman dəyişdi? Hər halda musiqiyə kommersiya qatılandan sonra... Əvvəlki mahnılarda ürək var idi”.