Müğənni İlhamə Qasımova “Bolt Food” yemək çatdırılma xidmətindən şikayətçidir.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda məlumat paylaşıb. İlhamə sözügedən şirkəti dələduzluqda ittiham edib:
““Bolt Food” təzə fırıldaq edir. Guya nəğd satışda kuryer şirkətə pulu vermir, bunlar da müştəri üçün borc yazır. Bəs kuryerdən soruşan yoxdur ki, sən pulu almadınsa, yeməyi niyə verdin, atanın şirkətidir? Sonra müştəriyə də yazırlar ki, kuryer pul ödəməyib, ona görə borcunu ikinci dəfə ödə. Gözlə… Yaxşı ki, kart hesabı yazılmayıb, yoxsa ona da çarə edərdilər”.