Müğənni Səidə Sultan instaqram hesabında arxiv fotosunu paylaşıb.
OLAY yazır ki, tanınmış ifaçı şəklin 2010-cu ildə lentə alındığını vurğulayıb.
Kadrlarda Səidədən başqa Xatirə İslam və Rəqsanə İsmayılova da yer alıb.
“Məncə elə bir dəyişiklik yoxdur, heç birimizdə. Yaxşı qalmışıq! Bir əmma odur ki, mənim qaşlarım çox nazikdir. İndi fikir verirəm, hamımızın qaşı nazik imiş. O vaxt dəb idi”,- deyə S. Sultan bildirib.