Olay
Olay

Həkimlər səhv müalicə etdi, uşaqlarını Türkiyəyə apardılar

Həkimlər səhv müalicə etdi, uşaqlarını Türkiyəyə apardılar

Tanınmış aktyor Taleh Yüzbəyov və bloger həyat yoldaşı Xatirə Yüzbəyova uşaqları üçün Türkiyəyə yollanıb.

OLAY yazır ki, buna səbəb cütlüyün övladları Zeyd və Banuya Bakıda yanlış müalicənin aparılması olub.

Bu barədə X.Yüzbəyova sosial media hesabında paylaşım edib:

“Zeyd və Banuda, ən çox Zeyddə olan problemi 1 yaş 6 ayında hiss etdim. Təbii ki, ilk nevroloqa göstərdik. Cavab o oldu ki, nəsə demək üçün çox tezdir. Uşaqları dövlət bağçasına qoyduq, çünki bağça sosiallaşmağa kömək edər dedilər, amma qoymaz olaydıq. Ən böyük peşmanlığım bu oldu. Uşaqlarımıza individual yanaşma lazım idi, bağçalarda isə vəziyyət necədir bilirsiz…

Sonra bağçaya gedə-gedə, bərpa mərkəzinə də getməyə başladıq və beləliklə, hekayəmizin çətin dönəmləri başladı. Daha sonra yenə həkimə getdik beyin EEG-si (Elektroensefaloqrafiya – red.) olundu, cavab: Beyində mərkəzlər (eşitmə mərkəzi, nitq mərkəzi və s.) arasında bağlantı yoxdur. Yenə müalicələr, yenə mərkəzlər...

Bakıda olan son EEG nəticəsi : Beyində epilepsiyaya meyillik var, beyinin sağ tərəfi travmatikdir, travmalarla doludur. Yazılan dərmanlar uşaqları gic kimi etmişdi, dərhal dayandırdım. Bütün EEG yoxlanışları oyaq vəziyyətdə olub, halbuki yatılı şəkildə olmalıdır. Qətiyyən uşaqları süni şəkildə (narkoz və ya başqa cür) yatırtmaq olmaz. EEG uşaqlar yuxuda olarkən çəkilməlidir.

Və gəlirəm Türkiyədəki yoxlanışlara:

EEG nəticəsi: Zeydin beynində epilepsiya ocaqları var. Bizə bunu deməyiblər, bilməmişik. Şokda idik, necə ola bilər? Bu uşaq heç vaxt sudurğa keçirməyib! Həkim bizə bunu deyəndə dəli olmuşdum. Yəni, istəyirəm biləsiz ki, sudurğa zamanı beyindəki siqnallarda köpüklük olur. Bayağı dildə desək, sinirlər zədələnir, o da nitq və zehnin inkişafının ləngiməsinə gətirir.

Hazırda hər şeyi Türkiyədəki həkimin dediyi kimi edəcəyik, nəticələri də sizinlə bölüşəcəm. Dərman müalicəsi ilə yox, təlimlərlə davam edəcəyik. 6 aydan sonra yenidən yoxlanışa gedəcəyik. Belə...

Hər şey əla olacaq. Ümidinizi heç vaxt itirməyin!”.