Türkiyəli müğənni Alişanla aktrisa həyat yoldaşı Buse Varol boşanır.
OLAY yazır ki, cütlük ötən gün boşanacaqları barədə yayılan xəbərləri təkzib etsə də, bildirilir ki, onlar məhkəmə prosesinin gizli şəkildə aparılmasının lehinə olublar.
Ona görə də mediadan bu barədə xəbərləri gizlətməyə çalışıblar.
Bir müddətdir cütlüyün ayrıldığı iddia olunurdu. Bir neçə gün əvvəl Alişanın qızı Elizin doğum gününə qatılmaması, eləcə də, növbəti gün Busenin Elizin Alişanın anasının evində keçirilən ad gününə qatılmaması bu iddiaları daha da gücləndirmişdi.
Qeyd edək ki, 2018-ci ildə ailə quran Alişan və Buse Varolun iki övladı var.