Olay
Olay

Alişanla Buse arasında nə baş verir?

Alişanla Buse arasında nə baş verir?

Müğənni Alişanın xanımı Buse Varol ilə ailəsi arasında problem yaşanıb.

OLAY yazır ki, qızları Elizin bir yaşını Buse böyük parti ilə qeyd edib. Bu məclisdə nə Alişan, nə də anası və qardaşının ailəsi yer alıb.

Bundan başqa, Alişanın anası Suzan xanım öz evində Eliz üçün yığıncaq təşkil edib. Burada ailə üzvləri, müğənninin mərhum qardaşının qızları da olub. Buse 2.sayfa proqramına canlı bağlantı ilə qoşularaq onun bu partiyə çağrılmadığını deyib:

“Qızımın partisini Alişan hazırlamışdı. Son ana qədər Selçukun xanımı Merve də gəlməli idi, qərarlarını dəyişdilər. Suzan ana ilə bir problemim yoxdu. Amma məni dəvət etmədi. Hamısının kədərinə hörmətlə yanaşıram. Lakin Elizin bir də bir yaşı tamam olmayacaq”.

Qeyd edək ki, sənətçinin qardaşı ötən il koronadan dünyasını dəyişib.