Bəstəkar-müğənni Murad Arifin həmkarı Rəhim Rəhimlini təkrarladığı iddia olunub. Bu barədə MTV-də süjet yayımlanıb. Bildirilib ki, M. Arif Rəhimin illər əvvəl “Əyləncə” mahnısına çəkilən klipdə geyindiyi pencəyi “Səs Azərbaycan”da istifadə edib.
OLAY yazır ki, Murad bu məsələyə səssiz qalmayıb. O, sosial şəbəkələrdə mövzu haqda şərh yazıb. Sənətçi bu sözləri qeyd edib:
“Bəli, mundir pencəyi rəhmətlik Maykl Cekson, Kirkorov və mən məhz Rəhimdən götürmüşük. Yaşasın bizi ilhamlandıran dostum”.