Olay
Olay

Əməkdar artist əməliyyat olunacaq

Əməkdar artist əməliyyat olunacaq

Əməkdar artist Niftulla Əsgərov xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, 62 yaşlı sənətçi yaxın günlərdə əməliyyat olunacaq.

Bu barədə aktyor Müşfiq Şahverdiyev məlumat verib. O, N.Əsgərovla fotosunu paylaşaraq “Bu etapı da uğurla keçəcəksən, sağlam dönəcəksən”, - deyə, sənətçi yazıb.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrında çalışan N.Əsgərov “Bayram axşamı”, “My name is İntiqam” kimi filmlərdəvə seriallarda rol alıb. O, onkoloji xəstəlikdən əziyyət çəkir.