Şeyma Subaşı yeni sevgilisi ilə gündəmə gəlib.
OLAY yazır ki, sosial media ulduzu bu dəfə braziliyalı model Marlon Teyşeyra (Teixeira – orijinal yazılışı) ilə münasibətə başlayıb. Cütlüyün sevgili olmağı Şeymanın paylaşımından sonra üzə çıxıb.
Qeyd edək ki, Marlon dünya miqyasında tanınan bir moda simasıdır. 6 sentyabr 1991-ci ildə Braziliyanın Santa-Katarina əyalətində anadan olub. O, bir çox prestijli moda evi və markaların üzü olub, “Versace”, “Dolce & Gabbana”, “Armani”, “Roberto Cavalli” kimi tanınmış brendlərlə əməkdaşlıq edib. Bundan öncə bir dəfə evlənib boşanan sənətçinin bir qız övladı var.