Olay
Olay

Namiq Aygünün təklifinə nə dedi?

Namiq Aygünün təklifinə nə dedi?

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımovanın duet təklifinə cavab verib.

Bu barədə o, OLAY-a açıqlamasında danışıb. Namiq deyib ki, həmin görüntüləri izləmədən dəqiq bir söz söyləyə bilməz:

“Mənə bir az əvvəl də dedilər. Düzü videoya baxmamış fikir bildirmək istəmirəm. Çünki biri deyir duet təklif edib, o biri söyləyir ki “çaşmasın” deyib. Həmin görüntüləri izləməliyəm. Bir dəfə dedilər ki, filankəs səninlə duet oxumaq istəyir. Mən də fikir bildirdim. Gedib, ona söylədilər ki, Namiq səninlə duet oxumaq istəyir.

Duet elə bir şeydir ki, düşmənlərimizdən başqa hər kəslə oxumaq olar. Əsas odur ki, yaxşı bir iş alınsın. Bəzən duet təklifi edirlər, kənara çəkilirlər. Yük mənim çiynimdə qalır. Mən də söz yazmalıyam, musiqi hazırlamalıyam. Ona görə də mənim üçün fərq etməz kim təklifi edib. Əsas odur ki, yaxşı iş olsun”.

İfaçı eyni zamanda anasının səhhətindən də söz açıb:

“Yoxlanışdan qayıtdı, sağlamdır, problem yaranmayıb. Bu elə bir şeydir ki, bir neçə aydan bir yoxlanış olmalıdır. Şükür ki, yaxşıdır”.