Olay
Olay

“Özünü Napoleonun xalası qızı hesab edir”

“Özünü Napoleonun xalası qızı hesab edir”

Aparıcı Nanə Ağamaliyeva ilə stilist Anar Ağakişiyev arasındakı qalmaqal səngimək bilmir.

OLAY yazır ki, ATV-də qalmaqal yaşayan iki tanınmış simanın davası sosial şəbəkələrdə davam edir.

Belə ki, Anar Nanə ilə arasında baş verən gərginlik haqda OLAY-ın instaqram səhifəsinə şərh yazıb.

O, istifadəçilərdən birinin “Anar bekar qalıb, o qədər işin-gücün arasında nəyinə lazımdır?” rəyinə “Bekar deyiləm, düz deyirsiz. Mənə o lazımdır? Sadəcə kanala qarşı hörmətsizlik olmasın deyə təklifi qəbul etdim. Sonra gördüm bunun başı əməlli qaçıb. Özünü Napoleonun (red. – Fransanın keçmiş imperatoru) xalası qızı hesab edir”, - deyə, cavab verib.

Qeyd edək ki, köhnə dostların davasına səbəb Anarın ona verilişindəki imicini dəyişməsi təklifindən sonra yaranıb.