Olay
Olay

Köhnə dostlar niyə düşmən oldu? - Anarla Nanənin ATV qalmaqalı

Köhnə dostlar niyə düşmən oldu? - Anarla Nanənin ATV qalmaqalı

Aparıcı Nanə Ağamalıyeva ATV-dən getməkdən vaz keçib.

OLAY-ın əldə etdiyi məlumata görə, stilist Anar Ağakişiyev kanalda aparıcıların imicinə nəzarət etmək üçün vəzifəyə gətiriləndən sonra keçmiş dostlar arasında qalmaqal yaşanıb.

Belə ki, Anar Nanədən həftəiçi hər gün səhər saatlarında yayımlanan “Günün sədası” proqramında daha sadə makiyaja, geyimlərə üstünlük verməsini tələb edib. O bildirib ki, dəbdəbəli geyimlər, parıltılı libaslar daha çox axşam efiri üçün yararlıdır. Nanə isə Anarın bu tələbini eşitməzlikdən gəlib, özü istədiyi tərzdə geyinməyə davam edib.

Rəhbərlikdən isə Nanəyə bildirilib ki, o da digər həmkarları kimi Anarın sözlərinə əməl etməlidir. Bu hadisədən sonra aparıcı kanaldan gedəcəyini bildirib. Ağamalıyeva ona irad bildirən Ağakişiyevlə dalaşıb, köməkçisinə isə hücum etmək istəyib.

Bu şərtlərdə isə Anar ATV-də çalışmaqdan vaz keçib və ərizə yazaraq işdən ayrılıb, Nanə isə fəaliyyətini davam etdirmək qərarı alıb. Stilist hazırda ARB və ARB 24 kanalı ilə çalışır, oradakı aparıcıların imicinə nəzarət edir.

Qeyd edək ki, Anar Ağakişiyevlə Nanə Ağamalıyeva uzun illər dost olublar.