Olay
Olay

“Məni anamın yasına çağırmadılar”

“Məni anamın yasına çağırmadılar”

Aktrisa Sonaxanım Əliyeva anasını itirəndən sonra ilk dəfə “Bizimləsən” proqramına danışıb.

OLAY yazır ki, sənətçi bildirib ki, onu anasının yas mərasiminə dəvət etməyiblər:

“Məni çağırmayıblar. Heç bilməmişəm. Onlara getməmişəm, anam olmayandan sonra onların qapısına getmərəm, anam yoxdur, hara gedim? Kimin qapısına gedim? Yası öz qapımda vermişəm. Nə yaxşı ki, ona ürək sözlərimi dedim. Nə olursa, olsun mənim anamdır. Oturduğu yerdə halı pis olub və yerində qalıb. Mənə deməyiblər. Məni yaxına qoymurdu, yaxına qoysaydı, efir vasitəsilə ona ürək sözlərimi deməzdim. Anam efirdə mənə dedi ki, artistlik eləmə”.

Qeyd edək ki, sənətçi ötən həftə Zaur Baxşəliyevin proqramında anasının mülk üçün ondan imtina etdiyini bildirmişdi.