Olay
Olay

“Sənətim şərəfli olduğu qədər də, şərəfsizdir”

“Sənətim şərəfli olduğu qədər də, şərəfsizdir”

Aşıq Zülfiyyə İbadova “ATV səhər”in qonağı olub.

OLAY yazır ki, aşıq sənəti barədə maraqlı açıqlamalar edib:

“Bəzən sənət adamları deyir ki, bu sənət o qədər çətindir ki..

Amma bir şeyi qeyd edim ki, bu sənət şərəfli olduğu qədər də, şərəfsiz sənətdir. Şərəfli tərəfi məlum məsələdir – xalq tərəfindən tanınırsan, sevilirsən, tamaşaçı kütlən olur.

Sənət arxasında müəyyən işlər olur, bu onun şərəfsiz tərəfidir. Allah bizdən uzaq etsin. Bizim içimizdə çox az tapılar elələri. Bəziləri deyir ki, övladımı qoymaram ifaçılıq etsin. Pisdirsə, sən niyə məşğul olursan? Yaxşıdırsa, qoy övladın da bu işlə məşğul olsun. İnsan özündə qüsur axtarmalıdır ki, mən harada xəta etdim? Yəqin ki, onlarda səhv addımlar ola bilər, bəlkə də mən düşündüyüm deyil, bu sənətin yuxusuz gecələrini nəzərə alırlar. Amma mənə görə, çətinlik çəkənlər yayın istisində əkinçiliklə məşğul olanlardır. “Qara fəhlə”dən başqa çətin işi olan yoxdur”.