İki sezon öncə Xəzər TV ilə yollarını ayıran aktyor Elşən Orucovun yeni ünvanı bəlli olub.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi ARB TV ilə razılıq əldə edib. O, bundan sonra sözügedən kanalda çalışacaq.
Elşənin Fəlakət obrazı ilə ekranda olub-olmamasını dəqiq bilməsək də, çox maraqlı və qeyri-adi şou ilə izləyicilərin qarşısına çıxacağını deyə bilərik. Verilişin layihə rəhbəri isə Coşqun Cəbiyevdir.