Olay
Olay

Ahu Tuğba vəfat etdi

Ahu Tuğba vəfat etdi

Türk kinosunun əfsanəvi simalarından olan Ahu Tuğbanın vəfat etdiyi iddia olunub.

OLAY yazır ki, bununla bağlı Türkiyə mediasında xəbərlər yayılıb. Sənətçinin Mayamidəki evində həyata gözlərini yumduğu qeyd edilib.

Aktrisanın astma xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, 69 yaşlı A. Tuğba İstanbulda imkanlı ailədə doğulub. O, Amerikan Qız Liseyindən məzun olub. Kanadada "Concordia" Universitetinində ingilis dili fakültəsinə qəbul olunsa da, təhsilini tamamlamayıb.

Birinci dəfə 1974-cü ildə filmdə rol alıb. 1970-lərin sonlarına doğru türk kinosuna addım atıb. Sənətçinin populyarlaşmağı 1980-ci illərin əvvəlinə təsadüf edib.

Hətta A. Tuğba 1987-ci ildə mahnı albomu çıxarıb. Onun bir övladı var.