Olay
Olay

Sezeni icazəsiz çəkən müğənnimiz linç olunur

Sezeni icazəsiz çəkən müğənnimiz linç olunur

Azərbaycanlı müğənni Aytən Rəsul sosial şəbəkələrin Türkiyə seqmentində linç olunub.

OLAY yazır ki, buna səbəb sənətçinin Sezen Aksunun “Tutuklu” mahnısına çəkdirdiyi klip olub.

Belə ki, yaxtada kamera qarşısına keçən Aytən “Boğaz” turu zamanı Sezenin özü rastlaşıb.

Həmin anlarda Aksu malikanəsinin həyətində kameraya tuş gəlib.

Aytən bu görüntüləri klipində istifadə edib. Bundan sonra, istifadəçilər müğənnimizi S. Aksunu icazəsiz çəkib, görüntüsünü layihədə istifadə etdiyi üçün tənqid edib.

İfaçı iradlardan sonra açıqlama yayaraq bunun tamamilə təsadüf olduğunu, lakin maqazində intriqaya çevrildiyini yazıb.

A. Rəsul bildirib ki, yazılanlardan sonra klipdən S. Aksu olan hissəni çıxarıb, yutuba yenidən yükləyib.