Olay
Olay

Alim Qasımovun nəvəsinin toyundan görüntülər

Alim Qasımovun nəvəsinin toyundan görüntülər

Bu gün Xalq artisti Alim Qasımovun nəvəsi Fatimənin toyudur. 

OLAY yazır ki, Xalq artisti Natiq Şirinovun oğlu ilə evlənən Fatimənin qız toyu paytaxtdakı restoranlardan birində keçirilir. 

Məclisdə tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri, həmçinin ailənin yaxınları iştirak edir. 

Qeyd edək ki, Fatimənin nişanlısı Ümid atası kimi nağara ifaçısıdır. Fatimə isə A. Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımovanın övladıdır.