Xalq artisti Natiq Şirinov oğlu Ümidin Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə nişanlanmasından danışıb.
OLAY yazır ki, məşhur nağara ifaçısı “Günün Sədası” proqramına qonaq olarkən gənclərin bir-birini sevərək nişanlandığını qeyd edib:
“Alim müəllimi salamlayıram. O, bütün dünyanın alimidir. Təşəkkür edirəm ki, bizi qırmadı. Balamız Fatiməni salamlayıram. Sözün düzü gözləmirdim ki, bu, olacaq. Sevinci bizimlə paylaşan hər kəsə təşəkkür edirik. Böyük sevgi ilə olan bir şeydir. İki gənc bir-birini sevirdi, Alim müəllim də icazə verdi, nişanlandılar. Bu gün biz varıq, sabah yoxuq. Nələrəsə görə bu iş baş tutmayıb. Ailə sevginin üzərində qurular”.
Ümid Şirinov isə bir ilə yaxındır Fatiməni sevdiyini açıqlayıb: “Atama etirafım çətin oldu. Bizi birləşdirən musiqi oldu. Fatimə xanımdı oxuyur, səsi var. Musiqidən yaranan sevgi olub. Bir ilə yaxındır ki, münasibətimiz var”.
N. Şirinov isə toyun tezliklə baş tutacağını söyləyib.