Fotosessiya
Fotosessiya

Sabah toydur

Sabah toydur

Xalq artisti Alim Qasımovun ailəsində toy olacaq.  

OLAY yazır ki, muğam ustadının nəvəsi Fatimənin özəl günü yanvarın 30-da reallaşacaq. Qız toyu Bakının məşhur restoranlarının birində baş tutacaq. Alim Qasımovun qudası, Xalq artisti Natiq Şirinovun keçirəcəyi oğlan toyu barədə isə dəqiq məlumat yoxdur.  

Onun da gələn ay baş tutacağı barədə iddialar var. Məclisə mədəniyyət dünyasının populyar simaları dəvət edilib.

Qeyd edək ki, Fatimənin nişanlısı Ümid atası kimi nağara ifaçısıdır. Fatimə isə A.Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladıdır.

Cütlüyün toy xəbərini ilk dəfə lent.az yayıb.