Olay
Olay

“Mənim çərçivəmi özümdən başqa kimsə qoya bilməz”

“Mənim çərçivəmi özümdən başqa kimsə qoya bilməz”

Xalq artisti Zülfiyyə Xanbabayeva növbəti dəfə izləyicilərinin suallarını cavablandırıb.

OLAY yazır ki, sənətçi bununla bağlı video çəkərək instaqramda paylaşıb. O, gözəllik sirlərindən, verilişlərə gec-gec çıxmasından və tərzindən danışıb. 

Xanbabayeva bir istifadəçinin “Ürəyiniz gülür? Yoxsa elə-belə üzünüz gülür?” sualını cavablandırıb:

“Bu sualı çox bəyəndim. Baxır hal-qəziyyəyə. Hərdən olur ki, ürıyimiz gülmədiyi zamanlar üzümüz gülür”.

“Gözəllik. Mənə maraqlıdır çox qapalı geyinirsiniz. Kimsə icazə vermir, yoxsa bunu özünüz istəyirsiniz?” sualına isə “Mənim çərçivəmi özümdən başqa kimsə qoya bilməz” cavabını verib.