Olay
Olay

“Sözlərim Sezen Aksuya aid deyil”

“Sözlərim Sezen Aksuya aid deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni Sezen Aksu ilə bağlı açıqlama verib. 

OLAY yazır ki, Ərdoğan bir müddət söylədiyi fikirlərin Aksuya aid etmədiyini bildirib:

“Burada həqiqəti üzə çıxarmaqda fayda var. Oradakı sözlərimin ünvanı Sezen Aksu deyil. Sezen Aksu türk musiqisində önəmli bir addır. Amma digər tərəfdən ölkə Prezidenti olaraq xalqımızın inanclarından asılı olmayaraq dini dəyərlərini müzakirə edilməsinə icazə vermərəm”. 

Xatırladaq ki, Ərdoğan “O uzanan dilləri yeri gələndə qopartmaq bizim vəzifəmizdir”,- deyə qeyd etmişdi. 

Bildirək ki, Sezen sözügedən mahnıdakı “Salam söyləyin o cahil Adəm və Həvvaya” sözlərinə görə tənqid olunur.